English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Müxalifət liderləri polis idarəsinə dəvət edilib

AZOH: Hazırda AXCP sədri polis idarəsindədir. Yerli vaxtla saat 17-də isə Müsavata başqanı polis idarəsinə gələcək.

Bu gün aprelin 2-nə təyin edilmiş mitinqlə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Müsavat  Partiyasının başqanı İsa Qəmbər Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib.

Cənab Kərimli hazırda polis idarəsindədir. O bir qədər öncə Amerikanın Səsi radiosuna müsahibə verib. Cənab Kərimli bildirib ki, onu Bakı şəhər Baş Polis İdarəsinin rəisi və Bakı şəhər Prokuroru dəvət edib.

Bu gün AXCP sədrinin yaşadığı evin qarşısında səhər və günorta saatlarında bir qrup insan yürüş və piket keçirib. Aksiyada Əli Kərimlini təhqiredici şüarlar səsləndirilib.

Xatırladaq ki, dünən axşam saatlarında da AXCP sədrinin evinin qarşısında yürüş-piket olub. Bütün hallarda hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaya mane olmayıb.

Bu gün yerli vaxtla saat 17-də isə Müsavat Partiyasının başqanı isa Qəmbərin Bakı şəhər Baş Polis idarəsinə gələcəyi gözlənilir.

İctimai Palata aprelin 2-də Fəvvarələr meydanında mitinq keçirəcəyini bəyan edib. Bundan öncə İctimai Palata Nərimanov kinoteatrının qarşısındakı meydanda mitinq keçirməklə bağlı Bakı meriyasına müraciət edib. Meriya isə Bibiheybət stadionunda mitinq keçirməyi məsləhət bilib. Bundan sonra müxalifət şəhərin mərkəzində Fəvvarələr meydanında mitinq keçirəcəyini bəyan edib.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter