English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Amnesty İnternational Azərbaycan hakimiyyətini kəskin tənqid edib

AZOH: “Azərbaycan hakimiyyəti sərbəst toplaşma azadlığı üzərinə hücumuna son qoymalıdır”.

Amnesty İnternational təşkilatının paytaxt Bakıda bir çoxlarının həbs olunması, digərlərinin zorakılıqla dağıdılması ilə nəticələnmiş “Qəzəb Günü” etirazının ardınca bu gün verdiyi bəyanatda belə deyilir.

Mitinqin təşkilatçısı olan İctimai Palata Komitəsi bildirmişdir ki, onların nümayiş keçirmək cəhdi 150 nəfərin həbsi ilə nəticələnmişdir.

Yaxın Şərq və Şimali Afrikada baş verənlərdən ilhamlanmış və müxalifət partiyaları tərəfindən Facebook vasitəsilə təşkil edilmiş Şənbə etirazlarının qarşısını almaq üçün yüzlərlə iğtişaş polisi Bakının mərkəzində toplaşmışdır.

Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Con Dalhayzen bəyan etmişdir ki, “Hazırkı Azərbaycan rejimi ictimai toplanışların qarşısını almaq və bunlara mane olmaq tarixçəsinə malikdir”.

“Bugünkü etiraza və Mart ayındakı nümayişlərə olan reaksiya hakimiyyətin hər hansı nəzərəçarpacaq ictimai etiraza dözüm göstərilməsindən etiraz etdiyini parlaq şəkildə nümayiş etdirmişdir.”

Amnesty International təşkilatının bəyanatında deyilir ki, polis mitinq üçün elan edilmiş “Fəvvarələr Meydanı”na gedən bütün küçələri bağlamış, qalxan və dəyənəklərdən etiraz üçün gələnləri, mitinqə qoşulmuş insan haqları fəallarını dağıtmaq üçün istifadə etmişdir.

Polis müxtəlif yerlərdə toplaşmağa çalışan etirazçıları təqib etmiş və dağıtmışdır. Bakıda 28 May metro stansiyasının yaxınlığında azı 10 etirazçı həbs edilmişdir.

Formada olan polis zabitləri hadisənin fotoşəkillərini və videogörüntülərini çəkən jurnalistləri dayandırmış, onları itələmiş və vurmuş, bu arada isə mülki geyimli zabitlər etirazı müşahidə edən insan haqları fəallarını sorğu-suala çəkmişlər.

Yerli insan haqları qruplarının məlumatına əsasən dünən etirazlarla bağlı daha altı fəal həbs olunmuş və beləliklə, etirazdan əvvəl həbs edilənlərin sayı 17-yə çatmışdır.

Vüqar Həsənli, Teymur Abbaslı, İbrahim Əhmədzadə və Tahir Abdullayev Aprelin 1-də gecə saatlarında polis tərəfindən həbs edilmişlər. Onları Bakı və onun ətrafındakı evlərində həbs etmişlər.

Gənc fəallar Kamal və Orxan Hüseynovları özlərini polis kimi təqdim etməyən və adlarını bildirməyən bir neçə mülki geyimli şəxs Bakıdakı evlərindən oğurlamışlar.

Vüqar Həsənliyə artıq 10 sutkalıq inzibati həbs cəzası verilmiş, İbrahim Əhmədzadəyə isə 7 sutkalıq inzibati həbs cəzası kəsilmişdir.

İndiyədək ən azı 7 şəxsə inzibati həbs cəzası verilmişdir. Onların əksəriyyəti Azərbaycanın İnzibati Məcəlləsinin 310.1 maddəsinə - “polis rəsmisinə bilərəkdən tabesizlik” qanun pozuntusuna görə məhkum edilmişdir.

Bu mühakimələrin əksəriyyəti bağlı qapılar arxasında aparılmış, mühakimə olunanlara hüquqi müdafiə imkanı verilməmişdir.

“Əsas təşkilatçıların əvvəlcədən həbs olunması, onların hələ törədilməmiş xətalara görə bağlı qapılar arxasında mühakimə edilməsi hakimiyyətin narazı səsləri kəsmək üçün nə qədər uzağa gedə biləcəyinin göstəricisidir” – deyib Con Dalhayzen.

Siyasi fəallar Arzu Musayeva və Kifayət Musayeva deyiblər ki, polis onlara Gədəbəy rayonundakı evlərini tərk edib Bakıdakı mitinqə qoşulmağı qadağan etmiş, onlar buna cəhd göstərərkən isə onları bütün gün ərzində izləmişdir.

Əsas təşkilatçıların əvvəlcədən həbs olunması, onların hələ törədilməmiş xətalara görə bağlı qapılar arxasında mühakimə edilməsi hakimiyyətin narazı səsləri kəsmək üçün nə qədər uzağa gedə biləcəyinin göstəricisidir

Con Dalhayzen, Amnesty İnternational

Azərbaycan dövlət televizyası Aprelin 2-də yaydığı məlumatda bildirmişdir ki, etiraz xaricdəki qüvvələrin Azərbaycandakı stabilliyi pozmaq cəhdidir. Dövlət tərəfindən nəzarət edilən digər telekanallarda da Facebook istifadəçilərini ruhi xəstə kimi təqdim edən proqramlar yayınlanmışdır.

“Azərbaycan hökuməti demokratiya sahəsində inkişaf etdiyini bəyan etsə də, social hərəkatların və siyasi toplanışların üzərinə sistematik hücumları ilə bunun əksini nümayiş etdirir” – deyib Con Dalhayzen.

Bundan daha əvvəl isə təşkilat Azərbaycana dair başqa bir bəyanatla çıxış etmişdi.

Azərbaycan hakimiyyəti ifadə azadlığına qarşı təzyiqlərinə son qoymalıdır.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational bu bəyanatı bu həftəsonu üçün planlaşdırılmış "Qəzəb Günü" etirazları ərəfəsində daha 11 siyasi fəalın həbsindən sonra verib.

Bəyanatda deyilir ki, fəalların Yaxın Şərq və Şimali Afrikada baş verən xalq üsyanlarından ilhamlanan bu etirazı təşkil etmək cəhdi zorakılıqla boğulmuşdur.

Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya Proqramının direktor müavini Con Dalhayzen demişdir ki, "Azərbaycan hökumətinin islahat istəyənlər üzərinə önləyici zərbəsi genişmiqyaslı və qəddar olmuşdur".

"Azərbaycanın daxilində bütün fərqli mövqelərə qarşı düşmənçilik ab-havası artdıqca, Azərbaycan jurnalistlərinə və hətta xaricdə yaşayan fəallara qarşı təqibin yeni halları, öz mövqelərini təhlükəsiz bir şəkildə bildirmək barədə düşünənlərə tükürpədici xəbərdarlığa çevrilir."

Facebookda təşkil olunmuş Şənbə etirazları öncəsi həbs edilmiş 11 fəalın arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sədr Müavini İlham Hüseynli, AXCP üzvü Kərim Mehdiyev, Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Yaqub Babanlı və gənc fəallar Xalid Amanlı, Rövşən Nəsirli və Təbriz Qasımov da var.

Bu arada hökumət tərəfdarları müxalifət lideri Əli Kərimlinin yaşadığı evin qarşısında nizamsız mitinq keçiriblər. Dəstə onu satqın və homoseksual adlandıran şüarlar səsləndirərkən polis orada idi və vəziyyəti seyr edirdi.

Həbslər dalğası Martın 29-da Azərbaycan Demokrat Partiyasının üzvü Nazim Abbaslı həbs ediləndən və ona 5 sutkalıq inzibati həbs cəzası kəsiləndən başlanıb.

Bəyanatda qeyd olunur ki, müxalifət partiyalarının təşkil etdiyi 12 Mart etirazı zorakılıqla qarşılaşmışdır. Paytaxt Bakıda keçirilən dinc nümayiş zorakılıqla dağıdılmış, bəziləri həbs edilmiş və bir sıra adamlar döyülmüşlər.

"Azərbaycanda fəallara və jurnalistlərə qarşı təcavüz və zorakılıq hallarının artması dərin narahatlıq oyadır. Bu meyl hakimiyyətin azadfikirliyin hər hansı formasını əzmək əzmində olduğunu nümayiş etdirir" - deyib Dalhayzen.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter