English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İTALİYA DA LİVİYA MÜXALİFƏTİNİ TANIDI

AZOH: Fransa və Qətərdən sonra İtaliya da Liviya müxalifətini legitim tərəf müqabili olaraq qəbul etdiyini açıqlayıb.

Liviyada isə Qəddafi tərəfdarları ilə əleyhdarları arasında qanlı toqquşmalar davam edir. Misurata və Breqa kimi neft mənbələri ilə zəngin olan kritik şəhərlər uğrunda mübarizədə üstünlük tez-tez dəyişir.

NATO-nun ölkədə həyata keçirdiyi hava əməliyyatı istənilən nəticəni vermir. ABŞ hava əməliyyatında iştirakdan çəkildiyini, ancaq NATO tələb edərsə və Senat təsdiqləyərsə, yenidən əməliyyatda iştirak edə biləcəyini bəyan edib.

NATO isə 90 ABŞ təyyarəsinin əvəzinə digər müttəfiqlərə məxsus təyyarələri alacağını və əməliyyatın fasiləsiz davam edəcəyini açıqlayıb.

Müxalifətin şərtli atəşkəs təklifini rədd edən Qəddafi isə beynəlxalq dəstək axtarışlarını davam etdirir.

Qəddafinin şəxsi mesajını çatdırmaq üçün Liviya xarici işlər nazirinin müavini Abdulati Ubeydi Yunanıstana gedib. Ubeydinin daha sonra Malta və Türkiyəyə də səfəri gözlənilir.

TRT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter