English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Arif Hacılı 2 aylığa həbs olunub

AZOH: Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının barəsində həbs-qətimkan tədbiri seçilib.

Bu barədə APA agentliyinə onun vəkili Əsabəli Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu gün Səbail Rayon Məhkəməsi cənab Hacılı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Vəkil məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini qeyd edib.

Aprelin 2-də Bakıda keçirilən müxalifətin aksiyası ilə bağlı Arif Hacılı ilə brilikdə digər 3 nəfər də şübhəli şəxs qismində saxlanmışdı.

Şübhəli şəxs qismində saxlananlardan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı sərbəst buraxılıb.

Bu barədə APA-ya Fuad Qəhrəmanlının vəkili Elçin Namazov məlumat verib. Vəkil qeyd edib ki, Fuad Qəhrəmanlının üzərindən hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddə götürülüb.

Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb.

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində isə həbs-qətimkan tədbiri seçilib.

Onun vəkili Anar Qasımov məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini qeyd edib.

AXCP üzvü Məhəmməd Məcidli barəsində də həbs-qətimkan tədbiri seçilib.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter