English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Azərbaycanda snayper atıcıların hazırlanmasına rəsmən başlanıb

AZOH: Hərbi Vətənpərvərlik Texniki-İdman Könüllü Cəmiyyətinin sədri general-mayor Novruzəli Orucov deyib ki, snayper kurslarında təhsil alan gənclər cəbhə xəttinə daha hazırlıqlı gedəcəklər.

Trend və APA xəbər agentlikləri öz məlumatlarını Hərbi Vətənpərvərlik Texniki-İdman Könüllü Cəmiyyətinin sözçüsü Valid Qardaşlıya istinadən xəbər

veriblər

.

Açılış mərasimində çıxış edərkən cəmiyyətin sədri general-mayor Novruzəli Orucov snayperlərin hazırlanmasından məqsəd barədə məlumat verib.

O deyib ki, hazırda Qarabağ münaqişəsi davam edir və Azərbaycan torpaqları işğal altındadır.

O deyib ki, snayper kurslarında təhsil alan gənclər cəbhə xəttinə daha hazırlıqlı gedəcəklər.

İlk tədbirdə kurslara yazılmaq istəyən yüzədək gəncdən 24-ü seçilib.

Bəzi ekspertlər bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsinin çözümü ilə əlaqədar olan beynəlxalq təşkilatlar təmas xəttində snayperlərdən istifadənin qadağanına çalışırlar və bu məsələ daim tərəflər arasında ciddi toqquşmalara səbəb olur.

Onlar diqqəti belə bir məqama da çəkirlər ki, Ərəb dünyasında baş verən hadisələr zamanı toqquşma tərəflərinin snayperlərdən istifadə etməsi ciddi fəsadlar yaradır.

Bu ekspertlərin fikrincə, bunlar nəzərə alınarsa, Bakıdan alınan bu xəbər Avropa qurumlarında qeyri-ixtiyari suallar doğura bilər.

Lakin BBC Azərbaycan xidmətinə müsahibəsində Valid Qardaşlı bildirib ki, Azərbaycan gənclərinin snayper kimi hazırlanması sırf hərbi-vətənpərvərlik və döyüş hazırlığı təlimi çərçivəsində aparılır və bunun siyasi məsələlərlə heç bir bağlılığı yoxdur.

Cənab Qardaşlı təəssüf etdiyini bildirib ki, Qarabağ münaqişəsinin əvvəllərində gənclərin döyüş hazırlığının olmaması da uğursuzluğa yol açan səbəblərdən biri olub.

O deyib ki, Azərbaycan ordusu snayperlərdən və ümumiyyətlə, hərbiyyədən mülki şəxslərə qarşı heç vaxt istifadə etməyib.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter