Yaponiya səfiri: Urmiyə gölündə böhrana yardım etməyə hazırıq

Yaponiyanın Tehrandakı səfiri Koci Haneda Şərif Universitetini ziyarət edərkən bildirib ki, Yaponiya Urmiyə gölündə böhranın həllinə yardim etməyə hazırdır.

Səfir Haneda Şərif Texnologiya Universitetini Yaponiya səfirliyinin siyasi katibi Shimizu ilə birgə ziyarət edib.

O, universitetin beynəlxalq məsələlər üzrə müavini ilə görüşdə bildirib ki, Yaponiya səfirliyi İranda ətraf mühitin mühafizəsi, narkotik maddələr alveri ilə mübarizə və qaçqınlarla bağlı məsələləri yaxından izləyir.

Urmu gölüUrmu gölü

Koci Haneda Yaponiyanın Urmiyə gölündə böhranın həllinin elmi elmi yollarla tapılmasına kömək etməyə hazır olduğunu qeyd edib.

  1. daha öncə də bir neçə dəfə Urmu gölünün quruma problemi ilə bağlı İran dövlətinə yardım etməyə hazır olduğunu bildirib. Ekologiya məsələləri üzrə bir çox ekspert, həmçinin Təbriz və Urmiyə şəhərlərinin millət vəkilləri hökümətin Urmiyə gölü ilə bağlı əməli addımlar atmadığını və yalnız konfranslar və seminarlar təşkil etməklə kifayətləndiyini bildirirlər.
Share/Save/Bookmark