FİLDİŞİ SAHİLİNDӘ VӘZİYYӘT HEÇ DӘ ÜRӘKAÇAN DEYİL

AZOH: Noyabr ayında keçirilәn seçkilәrdәn bu yana gәrginliyin getdikcә daha da böyüdüyü Fildişi sahilindә vәziyyәt heç dә ürәkaçan deyil.

3 gün öncәyә qәdәr BMT vә Fransanın da müdaxilәsinin ardından çıxılmaz vәziyyәtә düşdüyü zәnn edilәn Loren Baqbo әks hücuma keçib.

Prezident vәzifәsindәn әl çәkmәkdә dirәnәn Baqbo-ya bağlı güclәr, seçkilәrdә qalib gәlәn Alessan Uattara-nın qaldığı otelә atәş açıb, havadan top zәrbәlәri endirib.

BMT nümayәndәlәri top atәşi zәrbәlәrinin Baqbonun sarayından edildiyini bildiriblәr. Otelә girmәyә çalışan basqınçılar,BMT-yә aid hәrbi güclәr tәrәfindәn geri oturdulub.

Qeyd edәk ki,hәftә içәrisindә Uattara-ya baglı güclәr BMT vә Fransanın da dәstәyi ilә prezident sarayına girmiş,bu sәbәbdәn Baqbo-nun bu mübarizәdәn geri çәkilmәyi düşündüyü iddia edilmişdi.

TRT

Share/Save/Bookmark