QƏDDAFNİN QÜVVƏLƏRİ MİSRATADA 23 NƏFƏRİ ÖLDÜRÜB

AZOH: Liviyada Qəddafiyə bağlı qüvvələr Misrataya hücumları davam etdirir.

Hücumlarda üçü misirli olmaqla 23 nəfər dünyasını dəyişib. Ölənlərin çoxunun qadınlar və uşaqlar olduğu bildirilib. Ən az 80 raketin atıldığı hücumda çox sayda insan da yaralanıb.

Qəddafiyə bağlı qüvvələrin Əcdəbiyyədə də müxalifətə hücumları davam etdirdiyi bildirilir. Səkkiz partlayışın olduğu şəhərdə silah səslərinin kəsilmədiyi qeyd edilir.

TRT

Share/Save/Bookmark