Rumıniya prezidenti Qarabağdan danışdı

AZOH: "Rumıniya tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda göstərdiyi səbri yüksək qiymətləndirir. Mən bu istiqamətdə tərəqqi əldə olunmasını istərdim, çünki Rumıniya regionda dondurulmuş münaqişələrin mövcudluğundan narahatdır".

Bu fikirləri Azərbaycanda səfərdə olan Rumıniya prezidenti Trayan Besesku deyib. Besesku bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır: "Lakin bu həll istənilən dövlətin ərazi bütövlüyünə təsir göstərməməlidir. Ümidvarıq ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları, xüsusilə azlıqların suveren dövlət çərçivəsində hüquqlarına hörmət prinsipi əsasında həll olunacaq".

XALQ CEBHESI

Share/Save/Bookmark