AZƏRBAYCAN VƏTƏNDAŞI İRANDA HƏBS OLUNUB

AZOH: Azərbaycan vətəndaşı İranın Gilan vilayətində həbs edilib. APA-nın İranın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata jailgörə, bu barədə Gilan vilayətinin Sərhəd- Gömrük Xidmətinin rəisi Seyid Yusif Murtəzəvi deyib.

O, adını açıqlamadığı Azərbaycan vətəndaşının Astara sərhəd-keçid məntəqəsinin İran tərəfində saxlanıldığını deyib. O bildirib ki, saxlanılan şəxsin üstündən baytarlığa aid 9 min 340 ədəd dərmanı preparatı, 400 paket xarici siqaret və məhlullar aşkarlanaraq, götürülüb.

Onun barəsində həbs qərarı çıxarılıb, araşdırmalara başlanılıb.

AZERTIMES.COM

Share/Save/Bookmark