Azərbaycan nələr geçir başından- Eldar Güneyli

1
Azərbaycan nələr geçir başından
Torpaqlarin bölünür arşınınan
Borçalıya ad verirlər Gürcistan
       Astara, Ənzəli[1] adlanır Gilan[2]
       Qürvə, Bicar-ın söylənir Kürdistan.

2
Qarabağın çıxmayıb işqaldan
Daşnak erməniyə verirlər iskan
İşqalçılar deyirlər Ermənistan
       Ağdam ilə Xocalın olub viran
       Minlərlə insanın olub sərgərdan.

3
Sağ-soldan əl qoyublar torpaqlaran
Cənubda[3] bölür adın qoyur ustan[4]
Torpağın adlanmasın Azərbaycan
      Harda qalıb qeyrətli oğlanların
      Sənə yad kor baxır Azərbaycan.

4
Qəzvin ilə Zənganı ayırıblar
Ərdəbilidə bir ustan qurublar
Həmədanı daha farslaşdırıblar
      Torpaqların param-parçalayıblar
      Azərbaycan adını qaldırıblar


  1. Qalmayıb qeyrətimizi burublar
    Vətənin adını İran qoyublar
    Fars dilini ağızlara salıblar
           İran adı ilə farslaşdırırlar
           Kökü kəsilənlər manqurtlaşırlar.            
    6
    Uşaqlarin oxuyub farslaşırlar
    Kəndi kültüründən uzaqlaşırlar
    Biganə[5] kültürdə formalaşırlar
           Özlərini iranlı tanıyırlar
           Azərbaycana biganə baxırlar.

7
Bütün ailəmizə xor baxırlar
Milli mənliyimizidə danırlar
Ürəyimizi qanla doldururlar
       Bunlar[6] hanki əsirdə yaşayırlar?
       Niyə Başqalarını[7] alçaldırlar?  
       Azərbaycan nələr geçir başından?

       Eldar Güneyli     24.10.2014  
                    



[1] Cənubi Azərbaycan şəhərləri, bugün Gilan rayonuna qarışdırmışdırlar

[2] Gilək və Talış bölgəsi

[3] Cənubi Azərbaycan

[4] Rayon

[5] Fars kültüründə

[6]  Fars rasizmi İran adlanan məmləkətdə

[7]  Qeyri Farsları

Share/Save/Bookmark