LİVİYADA QAN DAYANMIR

AZOH: Liviyada qanlı toqquşmalar davam edir.

Müammər Qəddafiyə bağlı hərbi birliklərin paytaxt Tripolinin 50 kilometrliyindəki Zaviyyə şəhərində müxalifətin müqavimətini qırdığı bildirilir. Bölgədən gələn xəbərlərə görə, Qəddafinin əsgərləri Zaviyyə şəhərini tanklar və ağır silahlarla mühasirəyə alıb. Saatlarla davam edən bombardmandan sonra Qəddafi tərəfdarları şəhərə girib. "Əl Cəzirə" televiziyası olaylarda 50-dən çox insanın öldüyünü, 300 nəfərin yaralandığını xəbər verib. Müxalifət qüvvələri toqquşmalardan sonra şəhərin içərilərinə doğru çəkilmək məcburiyyətində qaldıqlarını təsdiqləyiblər. Snayperlərin küçələrdə və evlərin balkonlarında görünən insanları öldürdükləri bildirilir.

Binqazi şəhəri yaxınlığındakı bir silah anbarı da Qəddafi tərəfdarları tərəfindən partladılıb. Nəticədə 17 nəfər ölüb. Neft zavodlarının yerləşdiyi Breqa şəhərindəki toqquşmalarda isə 4 nəfər ölüb, 24 nəfər yaralanıb.

İnterpol Qəddafi və ona yaxın olan 15 nəfər barəsində narıncı həyəcan siqnalı yayıb. Dünyanın 188 ölkəsinə göndərilən bu siqnal sözügedən şəxslərin dövlət təhlükəsizliyi üçün təhdid olduğu mənasına gəlir.

TRT

Share/Save/Bookmark