Azərbaycan və İran arasında yeni dostluq körpüsü

İran Azərbaycanının sərhəd bölgəsində yerləşən Xudafərin şəhərinin qubernatoru (fərmandarı) Əmin Əminiyan bildirib ki, Araz çayı üzərində İran İslam Respublikası və Azərbaycan Respublikası arasında yeni dostluq körpüsünün salınması üçün işlər başlayıb.

İRNA-nın məlumatına görə Əmin Əminiyan bildirib ki, tədqiqat işləri “ Metra” şirkəti tərəfindən sentyabr ayında tamamlanacaq.

Yeni tikiləcək körpü İran Azərbaycanında El Qulubəyli kəndini Azərbaycanda Fizuli rayonunun Horadiz şəhəri ilə bağlayacaq.

Əmin Əminiyan bildirib ki, hazırda Qarabağ münaqişəsinə görə Azərbaycandan Naxçıvan Müxtar Respublikasına getmək üçün İran Azərbaycanında 350 km. məsafəni qət etmək lazımdır. Körpünün tikilməsi bu məsafəni 170 km. edəcək.

Dostluq körpüsünün salınmasından sonra gömrük xidmətinin açılması nəzərdə tutulur. Bu da iki ölkə arasında ixracat və idxalın genişlənməsinə xidmət edəcək.

Layihənin həyata keçilməsi sərhəd bölgəsində investisiya qoyuluşlarının artmasına yol açacaq

Share/Save/Bookmark