Urmu gölü ətrafında 212 kəndin suyu şordur

“Urmu gölü böhranı ətraf ərazilərdə yerləşən 212 kəndin suyunun şorlanmasına səbəb olub”. Bunu Qərbi Azərbaycan Kənd Kanalizasiya (fazlab) və Su Şirkətinin müdir-amili jurnalistlər qarşısında çıxışı zamanı deyib.

“Qoşaçayın 27 kəndində suyun qaynağı və keyfiyyətində edilən dəyişiklikdən sonra kənd əhalisinin su problemi öz həllini tapıb. Suyun keyfiyyətinin yüksəldilməsi ilə bağlı daha 55 kənddə müəyyən işlər görülür. Yaxın gələcəkdə isə sırada olan digər 78 kənddə suyun keyfiyyətinin yüksəldilməsinə dair işlər başlayacaq. Lakin hal-hazırda Urmu gölü ətrafında yerləşən 52 kənddə ciddi su problemi var. Suyun şorluğundan əziyyət çəkən kənd əhalisi bu problemin aradan qaldırmasını səbirsizliklə  gözləyir”- deyə Kazim Məhəmmədi Əqdəm qeyd edib.

Qərbi Azərbaycan Kənd Kanalizasiya (fazlab) və Su Şirkətinin müdir-amili əlavə edib ki, “Urmiyə yaxınlığında yerləşən İmamkəndi və Quluncu kəndlərinin əhalisi, yeni su quyusu hazır olduqdan sonra daha keyfiyyətli sudan istifadə etməyə başlayıb. Göytəpə kəndində isə yaxın gələcəkdə bu istiqamətdə müəyyən işlər görüləcək.”

Qeyd edək ki, bundan öncə Urmu Gölünü Canlandırma Mərkəzinin Şərqi Azərbaycan nümayəndəsi Urmu gölündə yaşanan böhranla bağlı həyəcan təbili çalıb. Xəlil Sai, Urmu gölünün quruması 14 milyondan çox insanın həyatını təhlükə altında alacaq deyə xəbərdarlıq edib.

gadp

Share/Save/Bookmark