Əhərdə Iki 17 Yaşında Dəbiristan Öyrəncisi Ana Dili Gününün Təbrik Bildirişlərini Yaydıqlarına Görə Tutuqlandılar

Dünya ana dili günü ərəfəsində Şənbə günü, Güney Azərbaycanın Əhər şəhərində İki 17 yaşında orta məktəb (dəbiristan) öyrəncisi səhər saatlarında məktəbə gedərkən Əhərin Sipah İttilaatı tərəfindən tutuqlandılar. Ana dili gününün təbrik bildirişlərini yaymaqda suçlanan Hadi Əbdi və onunun sınıf yoldaşı tutulduqdan sonra İttilaat idarəsinə aparılıblar. Sonra isə məmurlar Hadi gilin evlərinə tökülərək onun bilgisayarını və bütün Türkcə kitab və CD-lərini özləri ilə aparıblar.

Bu iki gənc axşam saatlarında təəhhüd verdikdən sonra azadlığa buraxılıblar. Ancaq məmurlar onların məhkəməsinin keçiriləcəyi haqda məlumat veriblər. Onlar buraxıldıqdan sonra gözü bağlı şəkildə istintaq olduqları və çeşitli işgəncələrə məruz qaldıqlarını söyləyiblər.

Qeyd etməliyik ki Güney Azərbaycanda özəlliklə Əhər şəhərində bundan öncə də yeni yetmələrin tutuqlanması haqda məlumat yayılmışdı. Milli oyanışın sürətli və sınır tanımayan şəkildə yayılmasından qorxan hakimiyyət yeniyetmələrin də belə tutuqlamasından çəkinməyir.

Share/Save/Bookmark