FUKUŞİMADA QƏZA RİSKİ DƏRƏCƏSİ ARTIRILDI

AZOH: Yaponiyadakı Fukuşima Daiçi Atom Elektrik Stansiyasında qəza risqi 4-dən 5-ə çıxarılıb.

Stansiyada bir tərəfdən reaktorların üzərinə vertolyotlarla dəniz suyu tökülərkən o biri tərəfdən də soyutma pompalarını işə salmaq üçün elektrik xətti çəkilməyə çalışılır.

Ancaq xətt çəkilsə belə, sunamidən zərər görən pompaların çalışmaması ehtimalı yüksəkdir.

Beynəlxalq Atom Enerjisi Təşkilatının prezidenti Yukiya Amano 4 mütəxəssislə birlikdə Yaponiyaya gedib. Amano Yaponiya hökumətinin gəlişmələri anında dünyaya çatdırmasını istəyib.

Tokioda radiasiya səviyyəsinin hələlik insanların sağlamlığı üçün təhlükə yaradacaq səviyyədə olmadığı bildirilib. Ancaq mütəxəssislər əsl fəlakətin reaktorların nüvəsində nüvə yanacağı çubuqlarının əriyəcəyi təqdirdə yaşanacağını bildirirlər.

TRT

Share/Save/Bookmark