SURİYADA AKSİYALAR DAVAM EDİR

AZOH: Suriyada Beşşar Әsәd hakimiyyәtinin gәrginliyi azaldacaq adımlarına baxmayaraq aksiyalar davam edir.

Dünәn Dera şәhәrinin әsәs meydanında toplaşan aksiyaçılara polis qaz bombası ilә müdaxilә edib.

Tafasda isә dәfn mәrasiminә qatılan bir qrup tәrәfindәn, Baas partiyasının binası vә bir polis mәntәqәsinә hücum tәşkil edilib.

Lazkiyә şәhәrindә dә partiya binalarına atәş edildiyi bildirilib.

Digәr tәrәfdәn, beynәlxalq insan hüquqları tәşkilatı hәftә әrzindә Deradakı aksiyalarda 55 nәfәrin hәyatını itirdiyini açıqlayıb.

Bir insan haqları tәşkilatının nümalyәndәsi dә cәzalarının üçdә birini çәkәn 260 mәbhusun azadlığa buraxıldığı barәdә mәlumat verib.

Yәmәndә isә dövlәt başçısı Әli Abdullah Salihin istefasını tәlәb edәn müxalifçilәrin etiraz aksiyaları davam edir.

Bәhreynin Diraz şәhәrindә isә, polis tәrәfindәn öldürülәn etirazçının dәfn mәrasiminә qatılan bir qrup, polisin müdaxilәsi ilә dağıdılıb.

TRT

Share/Save/Bookmark