ƏFQANISTANDA BMT BİNASINA HÜCUM OLUB

AZOH: Əfqanıstanda keçirilən ABŞ əleyhinə etiraz aksiyaları nəzarətdən çıxıb.

ABŞ-ın Florida ştatında bir rahibin Quran-i Kərimi yandırdığı haqda iddialar minlərlə insanın küçələrə çıxmasına səbəb olub. Ölkənin şimalındakı Məzari-Şərif şəhərində cümə namazından sonra başlayan dinc aksiya daha sonra toqquşmaya çevrilib.

Nümayişçilər BMT-nin binasına hücum ediblər. Binanın mühafizəçilərinin havaya atəş açması da nümayişçiləri durdura bilməyib.

Mühafizə qüllələrini yandıran və mühafizəçiləri tərk-silah edən nümayişçilər 8 nəfəri öldürüblər. Daha sonra isə binada çalışan iki nəfəri qətlə yetiriblər. Toqquşmada dörd nümayişçi də ölüb.

TRT

Share/Save/Bookmark