YƏMƏN QAN İÇİNDƏ

AZOH: Yəməndə təhlükəsizlik qüvvələri Taiz şəhərində iki gündür etiraz aksiyalarını davam etdirən nümayişçiləri atəşə tutur.

Minlərlə insanın iştirak etdiyi aksiyalarda polisin açdığı atəş nəticəsində 15 nəfər dünyasını dəyişib.  Vilayət administrasiyasının binasına yürüş zamanı başlayan hücumda onlarla insan da yaralanıb.  Ölənlərin çoxunun evlərin damlarında gizlənən snayperlər tərəfindən başlarından vurulduğu bildirilib.

Frans Press Agentliyi ən azı 1200 nəfərin yaralandığını bildirib.

Taiz şəhərinin girişində barrikadalar quran polis digər şəhərlərdən gələn nümayişçilərin aksiyaya qatılmasına imkan verməyib.

TRT

Share/Save/Bookmark