ƏRƏB ÖLKƏLƏRİ İRANA QARŞI

AZOH: Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurası İranı Bəhreyndə iqtidar əleyhinə etiraz aksiyalarına dəstək verməkdə ittiham edib.

"Associated Press" agentliyinin xəbərinə görə, Şuranın dünən Ər-Riyadda keçirilən toplantısında iştirakçı ölkələr İranın Körfəz ölkələrinin daxili işlərinə qarışdığını bəyan ediblər. Körfəz Əməkdaşlıq Şurası üzvləri eyni zamanda İranı ərəb ölkələrinin milli təhlühəsizliyinə zərbə vurmaq məqsədilə separat danışıqlar aparmaqda suşlayıblar.

Toplantıda İranın Bəhreyndə sünni iqtidara qarşı şiələri qızışdırdığı bildirilib. Şura üzvləri İranın Bəhreyndən əlavə Küveytdə də güclü casus şəbəkəsi qurduğunu və bu ölkəni də qarışdırmağa çalışdığını qeyd ediblər.

TRT

Share/Save/Bookmark